Xidmətlər

Layihələndirmə

LiNear proqramı bir Alman hesablama və layihələndirmə proqramı olub təkcə Almaniyada 24min istifadəçisi olmaqla Avropada geniş yayılıb. Bütün dünyada olduğu kimi Azərbaycanda da xəstəxanalarda, iş yerlərində yaşayış evlərində və s. komfort şəraitin təmin olunması üçün isitmə və havalandırma sistemlərinin dəqiq hesablanması və layihələndirilməsi önəmlidir. 

Sifarişə əsasən liNear proqramı ilə isitmə, havalandırma, qaz təchizatı sistemlərinin dəqiq hesabatı və layihələndirilməsini, eyni zamanda su və kanalizasiya sistemlərinin layihələndirilməsini qısa müddətdə hazırlayıb sifarişçilərimizə təqdim edirik. İstifadə olunan material siyahısını dəqiq hesablamaqla qısa müddətdə təklif məktublarını hazırlayırıq.

LiNear poqramının daxilində dünyanın ən qabaqcıl şirkətlərinin avadanlıqlarının iki və üç ölçülü kitabxanaları yer almaqdadır, bunun sayəsində sifarişçilərimizə bütün bölmələrdə 2D və 3D formatında layihələr təqdim edirik. KLİMATEX şirkətinin layihə mühəndisləri Almaniyada ixtisasartırma kursları keçərək LiNear şirkətinin beynəlxalq sertifikat

İsitmə sistemləri

İsitmə sistemləri istilik enerjisindən yararlanmaqla ev, ofis və digər yaşayış məskənlərində havanın temperaturunu lazımi səviyyədə saxlayan əsas vasitələrdən biridir. Bu temperatur rejimi bina və qurğularda insanların fəaliyyəti, texnoloji proseslərin normal şəkildə aparılması üçün əlverişli şərait yaradır. Onlar adətən mərkəzi İSH (İsitmə və Havalandırma. İng. HVAC) sistemlərinin bir parçası olur. İsitmə sistemləri mərkəzi və ya fərdi olmaqla iki növə ayrılır. İsitmə sistemləri soyuq havada otaqlarda istilik balansını təmin edir. Xarici havanın iqlim göstəriciləri dəyişkən olduğundan otaqların temperaturunda da disbalansa səbəb olur. İsitmə sistemləri ayrı-ayrı məkanlarda onların təyinatına uyğun balanslaşdrılmış temperatur şəraiti yaradır. Fərdi və nisbətən kiçik yaşayış binaları üçün İSH sistemlərinin elektrik enerjisi təchizatını alternativ enerji mənbələri hesabına ödəmək də mümkündür. KLİMATEX şirkəti əməkdaşların çoxillik təcrübəsinə və ən müasir texnologiyalara əsaslanaraq şifarişçilərə istənilən məkan üçün effektiv sistemlərin lahiyələndirilməsini və quraşdırılmasını təklif edir.

Kondisioner sistemləri

Kondisioner sistemləri mənzillər, fərdi yaşayış evləri, binalar, sənaye, ofis, otel, ticarət, xəstəxana və s. binalarda komfortlu hava mühitinin yaradılması üçün əsas yollardan biridir. Kondisioner sistemlərinin növləri: 
  • Pəncərə və Split tipli kondisionerlər 
  • Mərkəzi kondisioner sistemləri (VRF, çiller, fankoil və baş) 
  • Həssas nəzarətli kondisionerlər 
KLİMATEX şirkəti kondisioner sahəsində dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlığı sayəsində şifarişçilərə istənilən məkan üçün kondisioner sistemlərinin yüksək səviyyədə layihələndirilməsini, quraşdırılmasını və servisini təklif edir. Şirkətimiz MITSUBISHI ELECTRIC-in Azərbaycanda rəsmi nümayəndəsidir.

Havalandırma sistemləri

İnsanların sağlamlığı , həyat fəaliyyətlərinin səmərəliliyi, əhval-ruhiyyələri həyatlarının çox hissəsini keçirdikləri yaşayış və ictimai binaların mikroiqlimindən və hava mühitindən asılıdır. İş yerlərində, xəstəxanalarda, yaşayış yerlərində və s. rahat şəraitin yaradılmasında ən önəmli amil həmin yerlərdə sağlam hava mühitinin yaradılmasıdır. Əlverişli hava mühitinin yaradılması üçün meteoroloji şərait, yəni istilik göstəriciləri, zərərli ayrılmaların qatılığı, təzyiq, qoxu, nəmlik, havanın hərəkət sürəti tələb olunan normalara uyğun olmalıdır. Qapalı şəraitlərdə standartlara cavab verən sağlam hava mühitinin yaradılması üçün həmin otağa lazım olan miqdarda təmiz havanın nəqli və çirklənmiş havanın oradan xaric edilməsi əməliyyatı havalandırma sistemləri vasitəsi ilə həyata keçirilir. Havalandırma sistemləri təbii və mexaniki olmaqla, havanın emal olunmasını, qızdırılıb soyudulması, nəqlini , vurulma və sorulmasını təmin edən qurğular məcmusudur.
 Rahat və sağlam hava şəraitinin təmin olunması üçün havalandırma sistemlərinin düzgün layihələndirilməsi və quraşdırılması önəmlidir. Eyni zamanda tərtib olunmuş sxemlərin və hesabatların dəqiqliyi sistemin səmərəliliyinə və onun texniki-iqtisadi göstərəcilərinə əhəmiyyətli dərəcədə təsir edir. Havalandırma sistemlərini seçərkən ilk növbədə bu sistemlər üçün zəruri olan sanitar-gigiyenik, istismar, tikinti-quraşdırma və iqtisadi tələbləri nəzərə almaq lazımdır. “KLİMATEX” şirkəti olaraq sifarişçilərimizə havalandırma sistemlərinin layihələndirilməsini və quraşdırılmasını təqdim edirik. Quraşdırma zamanı havalandırma sistemlərində dünyanın qabaqcıl şirkətlərinin müasir avadanlıqlarından istifadə edilir.

Avtomatlaşdırma

Avtomatlaşdırma — hər hansı bir işin insan tərəfindən deyil, özü nizamlanan, texniki vasitələrdən istifadə etməklə həyata keçirilməsidir. Avtomatlaşdırma əmək məhsuldarlığını yüksəltməyə, məhsulun keyfiyyətini yaxşılaşdırmağa, idarə etmə proseslərinin optimallaşdırmağa, sağlamlıq üçün təhlükəli istehsallardan insanları qorumağa imkan verir. Avtomatlaşdırmanın ən böyük faydası əməyin azaldılması, enerji və materiallara qənaət etməklə keyfiyyət və dəqiqliyin artırılmasıdır. Avtomatlaşdırma tam və yarım olmaqla 2 yerə bölünür. Bütün sistemlərdə tələb edilən göstəricilərə uyğun olaraq, tam avtomatlaşdırma insan müdaxiləsi olmadan verilən proqrama uyğun həyata keçirilir. Yarım-avtomatlaşmış sistemlərdə istifadəçinin istəyinə uyğun əməliyyat aparılır. Bir çox ağıllı ev sistemləri, inteqrasiya edilmiş BMS-lər (Building Management Systems), mərkəzi idarəetmə sistemlərinin subavtomatlaşmış bölümləri buna aiddir. Qurğuların iş prinsipini avtomatik idarə etməklə yanaşı avtomatlaşdırma sisteminin təhlükəsizliyini də təmin edir. Fəaliyyətimizə dair bütün sahələrdə şirkətimiz avtomatlaşdırmanı tətbiq ediləcək sistemlərin dəqiq hesabat və tələblərinə uyğun olaraq layihələndirmə, proqramlaşdırma, avtomatlaşdırma qurğularının istehsalı, quraşdırılması və sazlanması ilə həyata keçirir. Bura aiddir: 
  • Havalandırma sistemləri İsitmə sistemləri 
  • Kondisioner sistemləri 
  • Su, elektrik, qaz və kanalizasiya sistemləri
  • BMS-lər
 Bu sahədəki əsas üstünlüyümüz ixtisaslı kadr heyətinin olması, qabaqcıl firmalarla iş birliyimiz, müasir proqram və materiallarla təmin olunmağımızdır.

Servis

Həyata keçirdiyi layihələrdə il boyu servisin təşkili və müştəri məmnuniyyəti şirkətimizin öndə gələn hədəflərindən biridir. Servisin peşəkar işçi heyətinin çoxillik təcrübəsinə əsaslanaraq təşkili bizə xidmət sahəsində işimizin təkmilləşdirilməsinə, baş verən nasazlıqların zamanında aradan qaldırılmaqla qurğuların iş prinsipinin davamlı qorunmasına, eyni zamanda istifadəçilərin düzgün təlimatlandırılmasına kömək edir.

Alternativ enerji

Enerji   mənbələrinin   tədricən   tükənməsi, bahalaşması   son   zamanlarda   bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ (bərpa olunan) enerji növlərindən istifadə zərurətini yaradır.  Bərpa olunan enerji mən-bələrinin   səmərəliliyi   onlardan   daha   çox   istehsal-təcrübə   sahələrində, təsərrüfatlarda, yaşayış sahələrində istifadə etmək üçün zəmin yaradır.  Şirkətimizin əməkdaşlarının çoxillik təcrübəsinə və ən müasir texnologi-yalara   əsaslanaraq   sifarişçilər   üçün   alternativ   enerji   mənbələrinin   la-yihələndirilməsi və quraşdırılmasını həyata keçirir.  Bu il boyu büdcənizə qənaət etmək və ekoloji təmiz şəraitdə yaşamanız üçün ən uyğun seçimdir.

Su təchizatı, filtrasiya və suvarma sistemləri

KLİMATEX şirkəti müxtəlif növ təyinatlı binalarda və ərazilərdə su təchi-zatı, filtrasiya və suvarma sistemlərinin quraşdırılmasını icra edir.