

HVAC nədir?
İsitmə, Havalandırma və Kondisioner Sistemləri
HVAC isitmə, havalandırma və kondisioner sistemlərini özündə birləşdirən sistem olub, yaşayış yerlərinin ayrıllmaz hissəsidir. Fabriklər, xəstəxanalar, ticarət mərkəzləri kimi yaşayış sahəsi və enerji istehlakının sıx olduğu yerlərdə tətbiq olunur. HVAC -ın məqsədi insanların olduğu mühitlərdə havanın keyfiyyətini artıraraq təmiz havanı və optimal tempraturu təmin etməkdir.
HVAC niyə önəmlidir?
• Enerji səmərəliliyi üçün vacibdir.
• Xərclərini minimuma endirir.
• Rahatlıq vəd edir
• Dərman, qida və s. bu kimi sektorlarda arzu olunan təmiz, antibakterial hava üçün HVAC sistemləri tərəfindən təmin edilir
• Vahid mərkəzdən idarəetməni təmin edir.
HVAC sistemləri əhəmiyyətli enerji istehlakçılarıdır və buna görə də enerjiyə qənaət imkanlarına malikdir. Yaxşı HVAC dizaynı enerji istehlakı, daxili havanın keyfiyyəti, performans və ətraf mühit faydalarının qarşılıqlı əlaqəsini nəzərə almalıdır. HVAC üçün sərf olunan enerji ümumi enerjinin 15% -dən 60% -ə qədərini təşkil edir. Buna görə də, HVAC sistemlərinin optimallaşdırılması enerji səmərəliliyi baxımından çox vacibdir.
HVAC sistemi quraşdırıldığı mühitdə temperaturu, təzyiqi və rütubəti alıb götürülməsi və ventilyasiya sisteminin işə salınması prinsipi ilə işləyir. HVAC sistemləri optimal dəyərləri təmin etmək üçün avtomatik idarəetmə sistemi ilə təzyiq və temperaturun idarə edilməsi məntiqinə əsaslanır. Ən önəmli özəlliyi minimum enerji sərfiyyatı ilə maksimum səmərəliliyə çatmaqdır.