Haqqımızda
Şirkətimiz “Klimatex MMC” adı altında 2004-cü ildən fəaliyyət göstərir.
“Climate & Technology” – İqlim və texnologiya şüarına sadiq qalaraq
Azərbaycanda müasir texnologiyaların tətbiqi ilə yuxarıdakı sahələr
üzrə layihələndirmə, quraşdırma və servis işlərini həyata keçirir.Klimatex idarə heyəti adı çəkilən sahələrdə istifadə edilən və vaxtaşırı yenilənən texnologiyalarla yaxından tanış olaraq, onların ölkəmizdə tətbiqini həyata keçirmək niyyəti ilə Avropa və Asiyanın inkişaf etmiş ölkələrində təşkil edilən sərgi və yarmarkalarda iştirak edir. Dünya brendləri sırasında yer alan Almaniya, Yaponiya və Amerika firmalarının məhsullarının yenilikləri yaxından izlənilir və tətbiq edilir

Şourum şəkilləri
İstehsalat
KLİMATEX şirkəti fəaliyyət göstərdiyi sahələrdə, layihələndirmə və quraşdırmanı həyata keçirdiyi sistemlərdə işlərin keyfiyyətinə tam zəmanət vermək məqsədi ilə istifadə olunan bir neçə adda məmulatın istehsalını bilavasitə həyata keçirir. Əsasən, havalandırma sistemlərinin tərkib hissəsi olan hava kanalları, detalları və müxtəlif tipli mənfəzlərin müasir qurğular vasitəsiylə şirkət tərəfindən istehsal edilir.
Hava kanalları ilə yanaşı şirkətimiz havalandırma sistemində ən əsas detallardan biri olan hava mənfəzlərini də istehsal edir. Bu sahədə ən böyük üstünlüyümüz yüksək keyfiyyətlə istehsal etdiyimiz mənfəz və slotların tez bir zamanda istənilən rəng və ölçüdə müştəriyə təqdim edilməsidir. Şirkətimiz istehsal sahəsini genişləndirməyi, yeni və keyfiyyətli yerli məhsulları müştərilərə təqdim etməyi qarşısına məqsəd qoyaraq yerli və xarici mütəxəssislərlə daimi müzakirələr aparır. Hal-hazırda istehsalı nəzərdə tutulan məhsulların son mərhələləri müzakirə olunur və yaxın zamanda yeni məhsullar təqdim olunacaqdır.

Servis
Həyata keçirdiyi layihələrdə il boyu servisin təşkili və müştəri məmnuniyyəti şirkətimizin öndə gələn hədəflərindən biridir. Servisin peşəkar işçi heyətinin çoxillik təcrübəsinə əsaslanaraq təşkili bizə xidmət sahəsində işimizin təkmilləşdirilməsinə, baş verən nasazlıqların zamanında aradan qaldırılmaqla qurğuların iş prinsipinin davamlı qorunmasına, eyni zamanda istifadəçilərin düzgün təlimatlandırılmasına kömək edir